Azərbaycanda "E-KOB Evi" yaradılır
Azərbaycanda "E-KOB Evi"nin yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.
"Sürətlə inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, Azərbaycan üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tədbiqi prioritetlər sırasındadır. Bu baxımdan da rəqəmsal iqtisadiyyatın əsas komponenti olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, kibertəhlükəsizlik, elektron imza, rəqəmsal həllər və digər istiqamətlərdə görülən innovativ tədbirlər ölkəmizdə yeni bir inkişaf perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi imkanlarını artırır", - o vurğulayıb.
O. Məmmədovun sözlərinə görə, KOBİA da öz növbəsində biznes mühitinin yaxşılaşdırılması, tənzimləmə sisteminin effektivliyinin artırılması, müxtəlif dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi istiqamətində işlər aparmaqdadır: "Qeyd etmək istərdim ki, Agentlikdə sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlara göstərilən xidmətləri və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistem - “E-KOB evi portalı”nın yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
16 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















