Qlobal konsaltinq şirkətinin Azərbaycanda filialı yaradılıb
Dövlət Vergi Xidməti "BAİN DANIŞMANLIK HİZMETLERİ LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini dövlət qeydiyyatına alıb.
Marja.az xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev. 90A, qanuni təmsilçisi Türkiyə vətəndaşı Candar Onurdur.
Candar Onur "Bain & Company Turkey" şirkətinin idarəedici partnyorudur. Onur Türkiyə, Azərbaycan, Avropa və Yaxın Şərqdə geniş konsaltinq təcrübəsinə malikdir. Onurun işi enerji keçidi, istehsal və pərakəndə satış şirkətlərinə yönəlib. O, portfel strategiyası, davamlı inkişaf, karbonsuzlaşdırma, əməliyyat modeli və korporativ mərkəzin yaradılması, müştəri təcrübəsinin təkmilləşdirilməsi və loyallıq proqramının hazırlanması üzrə geniş təcrübəyə malikdir.
"Bain & Company" top menecment konsaltinq şirkətidir. Şirkət bütün sənayelər üzrə liderlərə strategiya, marketinq, təşkilat, əməliyyatlar, İT və birləşmə və satınalma üzrə məsləhətlər verir.
1973-cü ildə Bostonda əsası qoyulan "Bain & Company" "McKinsey" və "Boston Consulting Group" ilə birlikdə üç böyük idarəetmə konsaltinq firmasından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























