“Azərkosmos”un ixrac gəliri azalıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın Noyabr sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 15,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 781.4 min ABŞ dolları ilə BƏƏ, 560 min ABŞ dolları ilə Pakistan, 547.2 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 46 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilmişdi. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil etmişdi. 2023-cü ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 42 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac etmişdi.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,4 milyon ABŞ dolları ilə Lüksemburq, 1,4 milyon ABŞ dolları ilə BƏƏ, 872,9 min ABŞ dolları ilə Almaniya və 622 min ABŞ dolları ilə Nigeriya qərarlaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)









.jpg)







