SOCAR Türkiyədə biznesinin bir hissəsinin satışı üçün danışıqlar aparır
SOCAR “Bursagaz” və “Kayseriqaz”dakı səhmlərinin satışı üçün danışıqlar aparırAzərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyədə təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.
Bu barədə Marja.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilib ki, SOCAR Türkiyənin "Bursagaz" və "Kayserigaz" təbii qaz paylama şirkətlərindəki səhmlərinin satışı üçün potensial alıcılarla danışıqlar aparır.
"SOCAR Türkiyə" şirkətinin rəsmisi satış üçün danışıqlar apardıqlarını və ilkin mərhələdə olduqlarını bildirsə də, zamanla bağlı heç bir məlumat verməyib.
Şirkətdən verilən açıqlamada, "SOCAR Türkiye" qrup şirkətləri arasında yer alan "Bursagaz" və "Kayserigaz"ın daxil olduğu" Socar Türkiye Doğalgaz Yatırım A.Ş" üzərindən satış ilə bağlı danışıqların bir müddət əvvəl başladığı bildirilib.
Açıqlamada, mövcud hüquqi proseslər və işin davamlılığı tələblərinə əsasən bu mərhələdə satış prosesinin təfərrüatlarının açıqlanmayacağı, proses irəlilədikcə və aydınlaşdıqca bütün proseslərin şəffaf şəkildə ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
Xatırladaq ki, 17 iyun 2019-cu il tarixində Almaniyanın EWE şirkətinin törəməsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey”ə (SOCAR Turkey Enerji A.Ş. - STEAŞ) satışı tamamlanıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
Satınalma müqaviləsi imzalanan zaman “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev “Bursagaz” və “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirmiş və əlavə etmişdi: “Türkiyə bazarına daxil olduğumuz gündən bəri fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə alaraq, bütün investisiyalarımızda inteqrasiyaya önəm verdik. 12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz” və “Kayserigaz”ı “SOCAR Türkiyə”nin strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”.
“Bursagaz” və “Kayserigaz” ilə birlikdə satın alınan şirkətlərin enerji sektorunda “SOCAR Türkiyə”nin gücünü artıracağını bildirən Vaqif Əliyev daha sonra demişdi: “Biz uzun illərdir Azərbaycanda və Tbilisi istisna olmaqla bütün Gürcüstanda qazpaylanma fəaliyyətini həyata keçiririk. Müştəri məmnuniyyətini ön plana çəkərək, bu sahədə təcrübəmizi Bursa və Kayseriyə də gətirəcəyik. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə genişlənməyi düşünürük və imkanları bundan sonra da dəyərləndirməyə davam edəcəyik”.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























