“Şahdəniz”dən hasilat bərpa edilib
“Şahdəniz” qaz-kondensat yatağından hasilat bərpa olunub.
Bu barədə “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətindən məlumat verilib.
Bildirilib ki, “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Mərhələ 1” platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı yekunlaşıb. Bu işlər, müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi üçün həyata keçirilib.
Qeyd edilib ki, işlər uğurla və təhlükəsiz yekunlaşıb, bütün sistem tam gücünə çatdırılıb. “Şahdəniz”dən Türkiyə və Gürcüstana qaz ixracı da bərpa olunub.
Xatırladaq ki, bu il avqust ayının 14-dən başlayaraq “Şahdəniz Mərhələ 1” platformasından planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün hasilat dayandırılmışdı.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















