Türkiyədə inflyasiya cüzi düşüb - ƏN ÇOX TƏHSİL, MƏNZİL, RESTORAN VƏ OTEL QİYMƏTLƏRİ ARTIB
Oktyabrda aylıq inflyasiya 2,88 faiz ikən, illik inflyasiya 48,58 faiz olaraq qeydə alınıb.Türkiyədə oktyabr ayında aylıq inflyasiya 2,88 faiz, illik inflyasiya 48,58 faiz təşkil edib (ümumi qiymət səviyyəsi oktyabr ayında sentyabr ayı ilə müqayisədə 2,88%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 48,58% artıb).
Bu barədə Marja.az Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına istinadən xəbər verir.
Marja xəbər verir ki, aylıq inflyasiyanın 2,50 faiz, illik inflyasiyanın 48 faiz təşkil edəcəyi gözlənilirdi.
Sentyabrda aylıq inflyasiya 2,97 faiz, illik inflyasiya 49,38 faiz təşkil etmişdi.
Oktyabrda baza inflyasiya illik 47,75% olub.
İstehsalçı qiymətləri tərəfində - aylıq inflyasiya 1,29 faiz, illik inflyasiya isə 32,24 faiz təşkil edib. Məlumatlar istehsalçı inflyasiyasının illik müqayisədə istehlakçı inflyasiyasından aşağı qaldığını göstərib. Oktyabr ayına olan məlumata görə, illik istehsalçı inflyasiyası 16-cı ayda istehlak inflyasiyasından aşağı olub.
Ən yüksək aylıq artım geyim və ayaqqabı qrupunda olub
TÜİK-in məlumatlarına görə, ən yüksək aylıq artım 14,32% ilə geyim və ayaqqabı qrupunda olub. Geyim və ayaqqabı qrupunun ardınca 4,33 faiz bahalaşma ilə qida və alkoqolsuz içkilər, 3,52 faizlə rabitə qrupu yer tutur.
İllik müqayisədə oktyabr ayında ən yüksək bahalaşma 93,6 faiz ilə təhsil, 89,39 faiz ilə mənzil və 62,09 faizlə restoran və otel qrupunda qeydə alınıb.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Sentyabr ayında Pul Siyasəti Komitəsinin iclasında faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlasa da, sentyabr ayında inflyasiyanın əsas meylinin bir qədər artdığına və yaxşılaşma sürəti ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkib.
Sentyabrda aylıq inflyasiya xidmət inflyasiyasının təsiri ilə gözləntiləri üstələdikdən sonra - baxmayaraq ki, hələ də dekabr ayında faiz endiriminin mümkünlüyünü düşünənlər var. Lakin bu ilin qalan hissəsində faiz endirimini gözləyən iqtisadçıların sayı azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







