Ağdaşa İcra başçısı təyin edildi - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "O.R.Hüseynzadənin Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi" haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncama əsasən, Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimov avqustun 7-si vəzifəsindən azad edilmişdi.
Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.
2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb. Bugünədək Orxan Hüseynzadə 2018-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəis müavini çalışırdı.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 7 saat sonra
- 12 saat əvvəl
-
13 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
13 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi






.jpg)





.jpg)









