Gəncədə içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 17 faizə yaxın artıb
2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 164,4 milyon manatlıq, o cümlədən 645,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 519 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,7 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 13,1 faiz azalmşdır.
2024-cü ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 20,7 faizi ticarət müəssisələri, 20,5 faizi bazar və yarmarkalarda, 58,8 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.
2023-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,3 faiz, fərdi sahibkarlar üzrə 6,8 faiz azalmış, bazar və yarmarkalar üzrə isə 44,3 faiz artmışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər
Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 35,4 milyon manat təşkil etmişdir. Dövriyyənin 34,8 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,3 faiz artaraq 430,3 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 98,7 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 12,9 faizi dövlət, 87,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




.jpg)
