Norm Ustalar Klubunun üzvləri sertifikasiya imtahanına cəlb olunub
(®) “Norm” ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı çərçivəsində Norm Ustalar Klubunun üzvlərinin sertifikasiya imtahanının birinci mərhələsi həyata keçirilib. Bu mərhələdə ustaların nəzəri biliklərinin qiymətləndirilməsi aparılıb və imtahanda 27 nəfər iştirak edib.
Nəzəri imtahanda “İnşaat ustası” peşə ixtisasının modulları üzrə test tapşırıqlarının cavablandırılması tələb olunub. İlk mərhələni uğurla tamamlayan ustalar ikinci mərhələdə praktik imtahana cəlb olunacaqlar. Hər iki mərhələdən uğurla keçən ustalara TKTA tərəfindən peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.
Qeyd edək ki, “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması istiqamətində Anlaşma Memorandumu cari ilin əvvəlində imzalanıb. Əməkdaşlıq çərçivəsində inşaat ustalarının bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması ilə bağlı layihələrin icrası nəzərdə tutulur.
Sözügedən layihənin icra olunmasında məqsəd inşaat ustalarının peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Norm Ustalar Klubu inşaat sahəsində fəaliyyət göstərən ustaların bir araya gəldiyi platformadır. Layihənin əsası 2016-cı ildə “Norm” ASC tərəfindən qoyulub. Hazırda klubun 16 000-dən çox üzvü var. Klubda ustalar və onların ailələri üçün müxtəlif layihələr həyata keçirilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 28 d. sonra
-
-
9 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 38 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















