970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Macarıstanın MVM şirkəti Azərbaycanda filial açıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Macarıstanın MVM şirkəti Azərbaycanda filial açıb

Macarıstana məxsus “MVM Upstream Private Limited Company” (“MVM Group”un törəmə şirkəti) Azərbaycanda filial açıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verilir.

Filial avqustun 30-da DVX-də qeydiyyatdan keçib. Filialın qanuni təmsilçisi Macarıstan vətəndaşı İstvan Nemetdir.

Xatırladaq ki, bu il iyunun 5-də “MVM Group” "Cənub Qaz Dəhlizi" (CQD) QSC-dən “Şahdəniz” layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited”dən (AGSC) “South Caucasus Pipeline Company”də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralı) 4 % payın alınması haqqında saziş imzalanıb. Sövdələşmə 2024-cü il avqustun 30-da yekunlaşıb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), “NİKO” (10 %), “MVM Group” (5 %).

“Şahdəniz” yatağından qaz və kondensat hasilatına 2006-cı ilin dekabrında başlanılıb və hazırda hasilat “Mərhələ-1” çərçivəsində “Alfa” platformasından, “Mərhələ-2” çərçivəsində isə “Bravo” platformasından həyata keçirilir.

© “Report” 

29.10.2024 13:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19