Qızılın qiymətində yeni rekord
ABŞ-də prezident seçilmək uğrunda yarışı və Yaxın Şərqdə davam edən gərginlik "təhlükəsiz sığınacaq" tələbinə təkan verib.Qlobal birjalarda qızılın qiyməti bu həftə ikinci dəfə rekord qırıb. Çünki investorlar ABŞ-da qarşıdan gələn seçkilərə və Yaxın Şərqdəki münaqişələrə fokuslanıblar.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:30-da 1 unsiya qızıl 2752 dollardan ticarət olunub. Bu səviyyə sarı metalın qiymətində yeni rekorddur.
"Standard Chartered Plc" bankı dördüncü rübdə qızılın unsiyasının qiymətinin orta hesabla 2800 dollar, 2025-ci ilin ilk üç ayında isə 2900 dollar olacağını proqnozlaşdırır.
Qızıl bu il indiyədək təxminən 33 faiz bahalaşıb, bu, onu 2024-cü ildə ən güclü performans göstərən əmtəə edir. Faizlərin azaldılması optimizmi, Fed-in keçən ay yumşaq pul siyasəti dövrünə başlaması ilə qızıl xeyli bahalaşıb. Güclü mərkəzi bank alışları və artan geosiyasi gərginlik də qızılın bahalaşmasına səbəb olur.
Külçə qiymətlərindəki artım "təhlükəsiz liman" tələbinin artması ilə əlaqədardır. Bəzi son sorğulara görə, Respublikaçıların namizədi Donald Trampın Demokratların namizədi Kamala Harris üzərində üstünlük qazana bilər.
İsrailin HƏMAS və Hizbullaha qarşı hücumunu davam etdirdiyi üçün Yaxın Şərqdəki davamlı gərginlik də qızıla "təhlükəsiz liman" tələbatını artırıb. İsrailin İrana cavab zərbəsi endirməyə hazırlaşdığı da bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi












.jpg)







