Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün açıqlanan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında öz mövqelərini qoruyub saxlaya bilib. Yeni Zelandiya Ehtiyatlar Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqladıqdan sonra NZD/USD valyuta cütlüyü 0.6134 səviyyəsindən 0.6075 səviyyəsinə qədər eniş tendensiyasını davam etdirib. Dünən qızılın qiyməti 2605$-a qədər ucuzlaşıb, lakin, bugün səhər bir qədər bahalaşaraq 2620$ səviyyəsində ticarət olunur. Neftin qiyməti isə 5% ucuzlaşaraq 76.8$-a qədər kəskin eniş sərgiləyib.
Çərşənbə günü Yeni Zelandiyanın mərkəzi bankı əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb və inflyasiyanın hədəf səviyyəsinə qayıtmasına baxmayaraq, monetar siyasətin məhdudlaşdırıcı olaraq qaldığını bildirib. Tənzimləyici qurumun uçot dərəcəsini 5.25%-dən 4.75%-ə qədər endirmək qərarı analitiklərin proqnozları ilə üst-üstə düşdü. Bu qərarın fonunda Yeni Zelandiya dolları ABŞ dolları qarşısında 0.6% ucuzlaşdı.
Çərşənbə axşamı günü verilən məlumata əsasən, 2024-cü ilin iyul ayı ilə müqayisədə avqust ayında ABŞ-ın Ticarət Saldosunda kəsir 10.8% azalaraq 70.4 milyard dollar təşkil edib. Analitiklər isə orta hesabla 70.10 milyard dollara qədər azalmanın olacağını ehtimal edirdilər. Avqust ayında ixrac həcmi 5.3 milyard dollar (2%) artaraq rekord həddə - 271.8 milyard dollar səviyyəsinə çatıb. İdxal isə 3.2 milyard dollar (0.9%) azalaraq 342.2 milyard dollar təşkil edib.
Almaniyada Sənaye Sektorunda İstehsal Həcmi iyul ayı ilə müqayisədə avqust ayında 2.9% artıb. Yaponiyada isə illik ifadədə Şəxsi Ev Təsərrüfatlarının Xərcləri avqust ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 1.9% azalıb. Analitiklər 2.6%-lik azalmanın olacağını proqnoz edirdilər. Ölkənin cari əməliyyatlar hesabının profisiti (mövsümi düzəlişlər olunmadan) avqust ayında 3.80 trilyon yen təşkil edib.
Bugün investorların diqqət mərkəzində olacaq əsas hadisə Bakı vaxtı ilə saat 22:00-da FED-in Federal Açıq Bazarlar Komitəsinin toplantı protokollarını dərc etməsi olacaq. Həmçinin, Almaniyada dərc olunacaq Ticarət Saldosu göstəricisi və ABŞ-da kommersiya məqsədli neft ehtiyatlarına dair rəqəmlər bazar iştirakçılarının maraqla gözlədikləri xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 54 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)






.jpg)






.jpg)





