Naxçıvanda ipoteka kreditlərinin məbləğləri artırıldı
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkəmizdə eləcə də onun ayırlmaz tərkib hissəsi olan muxtar respublikada gənc ailələrin mənzilə olan tələbinin təmin olunması, rifahının yaxşılaşdırılması məsələsi prioritet vəzifə kimi müəyyən edilib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.Müşavirədə Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə bir sıra tapşırıqlar verilərək gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar adi ipoteka və güzəştli ipoteka kreditlərinin məbləğlərində dəyişklik edilməsi, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılması müəyyən edilmişdir.
Qeyd edilib ki, bununla əlaqədar olaraq Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti artıq oktyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini artıraraq 8%-li ipoteka krediti 150 min manata, 4%-li ipoteka krediti isə 100 min manata çatdırılmışdır.
Gənc ailələr İpoteka Fondunun müvəkkil bankları ilə əlaqə saxlayıb maksimal məbləğdə ipoteka kreditlərindən yararlana biləcəklər.
Qeyd edək ki,kreditlərin ayrılması üçün Naxçıvan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinə tələb olunan qədər vəsait ayrılmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















