Şəhərin mərkəzinə yaxın mənzil sahibi olmaq istəyənlər üçün əsl fürsət
(®) Kristal Abşeronun Yasamal rayonunda yerləşən "Park Yasamal" yaşayış kompleksi sürətlə inşa olunur və şəhərin mərkəzinə yaxın, əlverişli ərazidə mənzil sahibi olmaq istəyənlər üçün əsl fürsət yaradır.
Hazırda yaşayış kompleksinin birinci mərhələsində binaların fasadları artıq işlənib və mənzillərin daxilində tamamlama işləri aparılır. Bu mərhələdə mənzillərdə kafel, metlax işləri görülür. İkinci mərhələdə beton işləri sürətlə davam edir. Aşağı mərtəbələrdə artıq mənzil daxili ara kəsmələr quraşdırılır və elektrik xətlərinin çəkilişinə start verilib.

Üçüncü mərhələdə isə tikinti prosesi intensiv şəkildə davam edir. Bu mərhələdə müştərilərə müxtəlif ölçülü və funksional mənzillər təklif edilir. Xüsusilə optimal şəkildə planlanmış böyük və rahat mənzillər geniş ailələr üçün ideal seçimdir.

"Park Yasamal" layihəsində təklif olunan mənzillərin hamısı tam təmirli formada təhvil verilir. Sakinlərə Avropa brendləri ilə təchiz olunmuş, yüksək keyfiyyətli təmir təqdim edilir. Mənzillərin təmirində dünyaca məşhur markalardan istifadə olunur: Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları ilə mənzillər ən yüksək standartlarda təchiz olunur.

Layihənin yerləşdiyi əlverişli ərazi, şəhərin əsas infrastrukturuna yaxınlığı ilə sakinlərə əlavə rahatlıq və zaman qazancı təmin edir. Belə ki, burada sakinlər məktəb, bağça, klinika və müxtəlif iaşə obyektlərinə sahib olmaqla, ərazidən çıxmadan bütün ehtiyaclarını rahat şəkildə qarşılayacaqlar.

Əgər siz də şəhərin mərkəzinə yaxın, Yasamalda rahat və müasir yaşayış kompleksi axtarırsınızsa, "Park Yasamal" layihəsi sizin üçün ideal seçimdir. Mənzil satışları sürətlə davam edir, fürsəti qaçırmayın!
Ətraflı:
*1544 və ya 050 448 00 00
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
14 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
14 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
14 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
14 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb




























