Norm Ustalar Klubunda abituriyentlər üçün yeni layihəyə start verilib
(®) Norm Ustalar Klubunda klub üzvü olan ustaların övladlarının iştirak etdiyi “Təhsilli gələcəyəm” layihəsi start götürüb.
Layihə çərçivəsində 2025-ci ildə ali məktəblərə imtahan verməyə hazırlaşan 30 usta övladı seçdikləri ixtisaslara uyğun fənlərdən hazırlıqlara cəlb olunacaqlar.
Hazırlıq kurslarının təşkili ilə bağlı təhsil şirkəti ilə əməkdaşlıq artıq qurulub. 9 aylıq proqramın gedişatında tədrisin keyfiyyətinin və abituriyentlərin hazırlığının ölçülməsi məqsədilə mütəmadi monitorinq aparılacaq və yoxlama imtahanları keçiriləcək.
Qeyd edək ki, Norm Ustalar Klubu “Norm” ASC tərəfindən təsis edilib. İnşaat sahəsində işləyən və sementdən istifadə edən ustalar kluba üzvlük əldə edirlər. Klubda ustalarla yanaşı, onların övladları və ailəsindəki qadınlar üçün müxtəlif sosial məsuliyyət layihələri həyata keçirilir.
“Norm” ASC dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq, cəmiyyətin inkişafına fəal şəkildə töhfə verməyi öz öhdəsinə götürüb. Şirkət tərəfindən həyata keçirilən müxtəlif layihələr bu məqsədlərin icrasını hərtərəfli dəstəkləyir.
Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 28 d. sonra
-
-
9 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 38 d. əvvəl
- 51 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















