"Ağdam Sənaye Parkına 40 milyon artıq investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb"
Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib
"Sentyabrın 19-da Dövlət başçısının Qarabağ iqtisadi rayonuna tarixi səfəri çərçivəsində əlamətdar hadisələrin reallaşmasının şahidi olduq. Səfər çərçivəsində Ağdam Sənaye Parkında da bir sıra sənaye müəssisələrinin açılış mərasimi həyata keçirildi. Yeni müəssisələr Sənaye Parkında elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar".
Bunu Ağdam Sənaye Parkına təşkil edilmiş mediator zamanı jurnalistlərə açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.
O qeyd edib ki, bu sözügedən 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyətə başlamış müəssisələrin sayı ümumilikdə 79-a çatıb: "Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektoru məhsullarının istehsalının artırılmasına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin işlə təmin edilməsinə mühüm töhfə verəcək, ən əsası isə Qarabağın sənaye potensialının bərpasına köməklik göstərəcək".
Agentliyin Mətbuat katibi bildirib ki, fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur. Qeyd edim ki, işəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib.
"Məlumat üçün bir maraqlı məqamı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən ümumilikdə sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb",-Elçin Kazımov qeyd edib.
Park 190 hektar ərazini əhatə edir. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, bunun nəticəsidir ki, artıq Parkın 60%-dən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
