"Bakı Fond Birjası" yeni brendini təqdim etdi
18 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjası (BFB) yeni brend kimliyini təqdim edib.
Fondun yaydığı press-relizdə bildirilir ki, dəyişikliklər əsas dəyərləri dürüstlük, davamlı inkişaf və tərəfdaşlıq olan Bakı Fond Birjasının yeni brend kimliyində vizual olmaqla yanaşı, həmçinin, yeni strategiyasının təşəbbüslərində də əks olunub. Brendin yenilənməsi birjanın bazar iştirakçıları və tərəfdaşları ilə münasibətlərini daha şəffaf və etibarlı şəkildə quraraq, qarşılıqlı əlaqələri yeni bir çərçivəyə salmaq niyyətini özündə birləşdirir. Bu münasibətlər də, öz növbəsində, Bakı Fond Birjasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmaqla yanaşı, yerli bazarda yeni imkanlar açılmasına yol açır.
Tədbirdə iştirak edən dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq təşkilatlar, həmçinin xarici fond birjalarının təmsilçiləri Bakı Fond Birjasının bu vacib addımını dəstəkləyərək BFB-nin kapital bazarının inkişafında mühüm rol oynadığına dair öz fikirlərini bölüşüblər.
Növbəti gün – sentyabrın 19-da BFB-nin İdarə Heyətinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən BFB-nin İdarə heyətinin sədri Ruslan Xəlilov yeni brend kimliyinin şirkətin gələcək planları ilə necə uyğunlaşdırıldığını təqdim edib. O, sözügedən dəyişikliklərin BFB-nin yerli kapital bazarı iştirakçıları arasındakı yerini daha da möhkəmlədəcəyini vurğulayaraq bu prosesin şirkətə yeni imkanlar təqdim edəcəyini bildirib. Sonda BFB-nin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablayıb.
30 ilə yaxın təcrübəsi ilə ölkənin kapital bazarlarına töhfə verən Bakı Fond Birjasının məqsədlərindən biri də maliyyə bazarları ilə bağlı məlumatları geniş auditoriyaya daha əhatəli və əlçatan tərzdə təqdim etməkdir. Bununla da Birja, bazar iştirakçıları ilə cəmiyyət arasında şəffaf və davamlı məlumat mübadiləsinin yeni səviyyəyə çatdırılmasını hədəfləyir.
XXX
"Bakı Fond Birjası" QSC (BFB) dürüstlük, davamlı inkişaf və tərəfdaşlığın əsas dəyərlər olduğu yeni korporativ brendini təqdim edib.
Bu barədə BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov yenilənmiş brendin təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
R.Xəlilovun sözlərinə görə, yenilənmə birjanın bazar iştirakçıları və tərəfdaşları ilə daha şəffaf və etibarlı münasibətlərə can atmasını əks etdirir ki, bu da onun beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq və yerli səviyyədə yeni imkanlar yaradacaq.
"Brendin yenilənməsi BFB-nin yeni strategiyasına uyğun olaraq yerli kapital bazarı iştirakçıları arasında mövqeyini gücləndirməyə və şirkət üçün yeni perspektivlər açmağa yönəlib", - deyə o qeyd edib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
6 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























