"Lufthansa Group" Tehran və Təl-Əvivə uçuşların dayandırılmasını sentyabrın 4-dək uzadıb
Beyruta uçuşlar sentyabrın 30-dək dayandırılıbYaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Lufthansa Qrupuna məxsus aviaşirkətlər Tehran və Təl-Əvivə uçuşların dayandırılmasını sentyabrın 4-dək uzadıb.
Lufthansa-nın mətbuat xidmətindən verilən məlumata görə, Beyruta uçuşlar sentyabrın 30-dək dayandırılıb.
“Mövcud vəziyyətlə əlaqədar olaraq, Lufthansa Qrupu yenidən uçuş cədvəlinə düzəliş edir, Tehran və Təl-Əvivə uçuşlar 4 sentyabr tarixinə qədər (4 sentyabr da daxil olmaqla), Beyruta uçuşlar 30 sentyabr tarixinə qədər dayandırılıb”, - aviaşirkət qeyd edib.
Eyni zamanda Lufthansa, avqustun 27-dən Əmman və Ərbilə uçuşların bərpa olunduğunu bildirib. Ərbilə uçuşlar İraq hava məkanındakı şimal dəhlizindən istifadə edəcək. Aviaşirkət görülən tədbirlərdən təsirlənən sərnişinlərə geniş çeşiddə yenidən bronlaşdırma və ləğvetmə variantları təklif edir. “Mövcud vəziyyətlə əlaqədar müştərilərimizdə yaranan narahatlığa görə təəssüflənirik”, - aviaşirkətin mətbuat xidməti qeyd edib.
Bundan əvvəl Lufthansa sentyabrın 2-dək Tehran və Təl-Əvivə uçuşları dayandırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






