ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqlayıb

Hazırda Azərbaycanda meymunçiçəyi (Mpox) xəstəliyinə yoluxma halı qeydə alınmayıb.
Bu barədə ÜST-nin Azərbaycandakı Ölkə Ofisindən bildirilib.
Qeyd edilib ki, bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə etməyə davam edir: “Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə oldu. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyini nəzərə alsaq, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamları Avropa regionunda yayılma potensialına malikdir”.
Əvvəllər meymunçiçəyi kimi tanınan Mpox-a görə, bir neçə Afrika ölkəsində baş verən epidemiyalardan sonra avqustun 14-də iki il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edildiyi xatırladılıb: “Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 mindən çox yoluxma halı və 500-dən çox ölümə səbəb olub.
Məlumatda deyilir ki, ÜST qlobal Mpox multi-ölkə riskininin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.
ÜST, təklif edildiyi təqdirdə, insanları Mpox əleyhinə peyvənd olunmağa çağırır: “Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir”.
Virusun hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayıldığı diqqətə çatdırılıb: “Bu ölkələrə gedənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxmasını ehtimal etdikləri şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər”.
Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0 ilə 11% arasında dəyişib və gənc uşaqlar arasında daha yüksək olub.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
