"PAŞA Bank Türkiyə" daha da böyüyüb
"PAŞA Bank" ASC-nin Tükiyədəki törəmə bankı olan "PAŞA Bank Türkiyə" 2024-cü ilin ilk yarısı (yanvar-iyun) üzrə maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə "PAŞA Bank Türkiyə"nin cəmi aktivlərinin həcmi 34,3 faiz, nizamnamə kapitalı 63,6 faiz, nağd pul kreditlərinin həcmi isə 14,4 faiz artıb.
30 İyun 2024-cü il tarixində Bankın cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manat) çatıb.
"PAŞA Bank Türkiyə"nin 2024-cü ilin ilk 6 ayında255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat) mənfəət əldə edib.
"PAŞA Bank Türkiyə"nin baş direktoru H. Cenk Eynehan deyib:
“2024-2026-cı illəri əhatə edən strategiyamız dövründə Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağında ticarətin maliyyələşdirilməsində rolumuzu daha da artırmağı planlaşdırırıq. PAŞA Bank; Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağında ticarət etmək və sərmayə qoymaq istəyən və cari iş həcmini artırmağı hədəfləyən şirkətlər üçün “maliyyə körpüsü” olmaqla yanaşı, həm də bu şirkətlər üçün regionda bələdçi və strateji həll ortağı olmaq missiyasını öz üzərinə götürür".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















