“Google” və “Microsoft”un sərf etdiyi elektrik enerjisi bir neçə ölkələrin istehlakını ötür
“Google”, “Apple” və “Microsoft” kimi şirkətlər də daxil olmaqla, 10 ən dəyərli texnologiya şirkətləri bazar dəyərlərilə 2023-cü ildə ÜDM-i 17,6 trilyon dollar olan Çini geridə qoyublar.
“Bloomberg” xəbər verir ki, bununla yanaşı nəhəng texnologiya şirkətləri olan “Google” və “Microsoft” Nigeriya, İordaniya, İslandiya, Şimali Koreya və Qana kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edirlər.
Belə ki, “Google” və “Microsoft” ayrı-ayrılıqda ildə 24 teravatt saat elektrik enerjisi istehlak edirlər ki, bu da 11 milyon əhalisi olan İordaniya (20 teravatt saat), 400 min əhalisi olan İslandiya (19 teravatt saat), 34 milyon əhalisi olan Qana (19 teravatt saat) və 26 milyon əhalisi olan Şimali Koreya (18 teravatt saat) kimi ölkələrin istehlak etdiyi elektrik enerjisindən daha çoxu deməkdir.
İki texnologiya şirkətinin ümumi istehlakı 48 teravatt saata uyğun gəlir və bunu deməyə əsas verir ki, onlar əhalisi 223 milyon olan Nigeriyadan (31 teravatt saat) daha çox elektrik enerjisi istehlak edirlər. Siyahıdakı olan digər texnologiya şirkətləri - “Meta” 12 teravatt saat, “Apple” 2 teravatt saat, “Nvidia” 0,5 teravatt saat elektrik enerjisi istehlak edirlər.
Məlumata görə, texnoloji şirkətlərin elektrik enerjisi istehlakının böyük hissəsi sahib olduqları məlumat mərkəzləri ilə bağlıdır.
“Google” tərəfindən dərc edilən 2024-cü il hesabatına görə, məlumat mərkəzlərinin elektrik enerjisindən istifadəsi 2023-cü ildə 17 faiz artıb. Şirkətin məlumat mərkəzi qlobal miqyasda məlumat mərkəzləri tərəfindən istifadə edilən elektrik istehlakının 10 faizini təşkil edir.
“Microsoft” isə son 4 ildə süni intellekt sahəsindəki inkişaflarla böyük sıçrayış edib. 2020-ci ildə 11 teravatt saat elektrik enerjisi istehlak edən şirkət 4 il ərzində elektrik istehlakını iki dəfədən çox artıraraq 24 teravatt saata çatıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 d. əvvəl
- 29 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
2 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti




















