Avropada qazın qiyməti son 8 ayın ən yüksək səviyyəsinə çatıb
Rusiya və Ukrayna orduları arasında baş verən toqquşmalardan sonra artan geosiyasi gərginliyin təsiri ilə Avropada təbii qazın qiyməti son 8 ayın ən yüksək həddinə çatıb.Avqustun 7-də Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsində başlatdığı hücumlardan sonra Rusiya-Ukrayna orduları arasında şiddətli toqquşmalar yaşanır. İki ordu arasında baş verən qarşıdurma çərçivəsində Ukraynanın Suca təbii qaz paylama məntəqəsinə də hücum etdiyi iddia edilib.
Marja xəbər verir kiŞ Suca Rusiya qazının Ukraynaya yeganə giriş nöqtəsidir və Ukrayna sisteminə daxil olan təbii qaz da Avropa İttifaqına (Aİ) göndərilir.
ING Think-in araşdırmasına görə, Suca giriş nöqtəsindən gündəlik təxminən 42 milyon kubmetr təbii qaz axır.
Sözügedən qaz tranziti ilə bağlı müqavilənin bu ilin sonunda başa çatması planlaşdırılır, lakin münaqişələr səbəbindən bu regiondan qaz tranzitinin pozulması riski qiymət artımında özünü göstərir.
Hollandiyada təbii qaz ticarət məntəqəsi olan TTF-də sentyabr ayı fyuçers müqavilələrində 1 meqavat-saat qazın (EUR/MWh) qiyməti ötən həftə 40,4 avroda bağlanıb. Belə ki, qiymət əvvəlki həftə ilə müqayisədə 10 faiz artaraq son 8 ayın ən yüksək səviyyəsinə çatıb.
Digər tərəfdən, bağlanış qiyməti oktyabr fyuçers müqavilələrində 40,9 avroya, noyabr fyuçers müqavilələrində isə 42,8 avroya yüksəlib.
Qazın qiyməti sonuncu dəfə 2023-cü il dekabrın 4-də meqavat/saat üçün 40,2 avro olub. Bu tarixdən sonra qiymətlər bir qədər dəyişkən qalmaqda davam edib və fevralın 23-də 24 avroya düşmüşdü.
Qaz təchizatının vaxtından əvvəl itirilməsi sistem üçün şok ola bilər
Analitiklərin fikrincə, bazar bu ilin sonunda Ukrayna ərazisindən qaz tranziti sazişinin başa çatmasına hazırlaşsa da, münaqişələr səbəbindən orada qaz təchizatının daha tez itirilməsi sistem üçün şok ola bilər.
Rusiyanın “Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov cümə günü verdiyi açıqlamada, Rusiyanın Suca bölgəsində Ukrayna ordusu ilə münaqişələrin təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin artmasına səbəb olduğunu bildirib və əlavə edib: “Qaz qiymətlərindəki yüksəliş tendensiyası davam edəcək".
Ukrayna 2022-ci ilin may ayında Avropaya gedən Rusiya təbii qazının üçdə birinin keçdiyi Sohranivka paylama məntəqəsində nəqli dayandırdıqdan sonra qaz axını yalnız Suca məntəqəsindən davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 33 d. əvvəl
- 37 d. əvvəl
-
-
42 d. əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
19 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























