"Qazı yayda ucuz alıb, qışda baha satırıq"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) növbəti illərdə qaz hasilatını artırmağı planlaşdırır.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev “Reuters” agentliyinə müsahibəsində bildirib.
SOCAR prezidenti qeyd edib ki, daxildə təbii qaz tələbatı yerli hasilat hesabına tam ödənilsə də, təbii qazın ucuz olduğu yay aylarında xaricdən qaz alınması məqsədəuyğundur:
“Buna görə də qaz anbarlarımızın kommersiya imkanlarından tam yararlanmaq üçün İran vasitəsi ilə Türkmən qazını yay aylarında ucuz qiymətə alır, qış aylarında isə daha sərfəli qiymətlə ixrac edirik. Bununla da, ölkəmizə əlavə dəyər qazandırırıq.”
R. Abdullayev bildirib ki, bir neçə qaz yatağında hasilata başlanması planlaşdırılır.
Onun sözlərinə görə, 2019-cu ildə “Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü ildə isə II fazadan 5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur: “Bununla yanaşı, yaxın 3-5 il ərzində SOCAR “Ümid” yatağında iki yeni stasionar dəniz özülünün tikintisini və bu özüllərdən ən azı 8 yeni yüksək hasilatlı quyunun qazılmasını planlaşdırır”.
“SOCAR 2018-ci ilin ikinci yarısında “Babək” strukturunda kəşfiyyat qazmasına başlamağı planlaşdırır. Bütün bunlar sayəsində, növbəti illərdə həm daxili, həm də xarici bazarda satdığımız təbii qazın həcmi ciddi şəkildə artacaq”,-SOCAR prezidenti müsahibəsində qeyd edib.
R. Abdullayev Azərbaycanın OPEC qarşısındakı öhdəliyindən də danışaraq qeyd edib ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarını Azərbaycan da dəstəkləyir və biz bu istiqamətdə üzərimizə götürdüyümüz öhdəlikləri indiyə qədər yerinə yetirmişik: “Baxmayaraq ki, bizim neft hasilatımız buna görə cüzi azalıb, amma neft qiymətlərinin yüksəlməsi fonunda satışlardan əldə etdiyimiz gəlir artıb. Azərbaycanın əsas hədəfi milli sərvətimiz olan neftin dəyərindən aşağı qiymətə satılmasının qarşısını almaqdır. Nəticə olaraq, bizim hasilatımız bir qədər azalsa da, neft gəlirlərimiz artıb. Bu da bizim bu istiqamətdə doğru qərar verdiyimizi göstərir”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















