Türkiyə fındığın alış qiymətlərini 57 faiz artırdı
Türkiyənin "Toprak Mahsulleri Ofisi" (TMO) 2024/2025 mövsümü üçün qabıqlı fındıq alış qiymətlərini açıqlayıb.
Marja xəbər verir ki, qiymətlər Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin sosial media hesablarında açıqlanıb.
Levant keyfiyyətli fındığın kiloqramının qiyməti 130 TL (cari məzənnə ilə 6,656 manat), Giresun keyfiyyətli fındığın kiloqramının qiyməti isə 132 TL (cari məzənnə ilə 6,7584 manat ) müəyyən olunub.
İstehsalçıların fındıq qiyməti gözləntisi ən az 150 TL (7,68 manat) idi.
Ötən il 82,5 TL olaraq açıqlanan Levant keyfiyyətli fındığın alış qiyməti 57%, ötən il 80 TL olaraq açıqlanan Giresun keyfiyyətli fındığın alış qiyməti isə 57,6 artırılıb.
Nazirliyin rəsmi saytında verlən açıqlamada, “Nazirliyimizin istehsalçılara göstərdiyi dəstəklər (dizel yanacağı, gübrə yanacağı və s.) nəzərə alındıqda Levant keyfiyyətinin orta qiyməti 133 TL/kq, Giresun keyfiyyətinin orta qiyməti 135 TL/kq olacaq", - deyilir.
Türkiyə dünyada ən çox fındıq istehsal edən ölkədir. Fındıq şokolad sənayesi daxil bir sıra sektor üçün xammal maddələrindən biriridir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
4 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
49 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























