HƏMAS lideri İsmayıl Həniyyə Tehranda öldürülüb
“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Belə ki, bu gün səhər saatlarında “HƏMAS” rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub.
Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
XXX
HƏMAS, Haniyənin İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü təsdiqləyib.
Hərəkatın bəyanatında qeyd olunub ki, bu, Haniyənin İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra onun Tehrandakı iqamətgahına İsrailin hücum etməsi nəticəsində baş verib
XXX
İran dövlət televiziyası, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində öldüyünü bildirib.
İran mətbuatında hadisə ilə bağlı təfərrüatların daha sonra açıqlanacağı qeyd edilib.
İran dövlət televiziyasının İran İnqilab Keşikçiləri Korpusunun bəyanatına əsaslanaraq verdiyi xəbərə görə HƏMAS lideri Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb.
Hücum zamanı Həniyyənin mühafizəçilərindən birinin də öldüyü bildirilir.
XXX
İsrailin raket zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın "sağ əli" də öldürülüb
İsrailin Beyrutda bəzi bölgələri bombardman etməsi nəticəsində “Hizbullah” hərəkatının komandirlərindən biri; Fuad Şükr həlak olub.
Bu barədə “Əl-Hədət” telekanalı Livanın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Lakin bəzi mənbələr Şükrün ölmədiyini, onun ölümü ilə bağlı məlumatların dezinformasiya olduğunu iddia edib.
CNN telekanalı da Livan hökumətindən bir mənbəyə istinadən “Hizbullah” komandirinin İsrail ordusunun aviazərbələrindən sağ çıxması ilə bağlı xəbər yayıb.
Qeyd edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittihame etdiyi Şükrü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.
Şükr “Hizbullah” lideri Həsən Nəsrullahın hərbi müşaviridir. Onun "sağ əli" sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)
.jpg)

















