Qlobal bazarlarda son vəziyyət
Dünən dərc olunan statistik məlumatlar fonunda dollar avro və funt qarşısında korrektiv olaraq bahalaşmağa davam edir.
Dollar/yen məzənnəsi ümumilikdə dördüncü gündür ki, ucuzlaşır və artıq 153.000 həddinin altında ticarət olunur. Həftənin əvvəlindən Yaponiya valyutası təxminən 3.2% dollar qarşısında öz mövqelərini möhkəmləndirib. Qeyd etmək lazımdır ki, gələn həftə, iyulun 31-də Yaponiya Bankı monetar siyasəti ilə bağlı qərarını açıqlamalıdır.
Çərşənbə günü Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunub. Belə ki, Amerikanın xidmət sektorunda PMI 55.3 bənddən 56 bəndə qədər yüksəlib. Avrozonanın, Almaniyanın və İngiltərənin sənaye və xidmət sektorlarında isə PMI göstəriciləri zəifləyib.
ABŞ-da tikinti sektoruna dair statistik məlumatlar dərc olunub. Tikinti üzrə icazələrin sayı 1.446 milyonluq proqnoza qarşı 1.399 milyon səviyyəsindən 1.454 milyon səviyyəsinə qədər yüksəlib. Yeni Mənzil Satışlarının Həcmi isə 0.6% azalaraq 621 mindən 617 minə qədər dəyişib.
Amerikada açıqlanan məlumatlar fonunda cümə axşamı günü səhər qızılın qiyməti demək olar ki, 2% geriləyərək 1 troya unsiyası üçün təxminən 2374$ təşkil edib. Nyu-Yorkun “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 41.8$ və ya 1.73% ucuzlaşaraq 1 troy unsiyası üçün 2373.9$-a qədər enib.
Əlavə olaraq dünən Kanada Mərkəzi Bankı faiz dərəcəsini, proqnozlara uyğun olaraq, 4.75% səviyyəsindən 4.50% səviyyəsinə qədər endirməyi qərar verib. Həmçinin tənzimləyici qurumun nümayəndələri inflyasiyanın proqnozlaşdırıldığı kimi yavaşlamağa davam edəcəyi təqdirdə, uçot dərəcəsində əlavə azalmaların olması ehtimallarının arttığını bildirdi.
Bugün Almaniyada ölkə iqtisadiyatına dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Belə ki, analitiklərin fikrincə “IFO” Biznes Mühiti İndeksi 88.6 bənd səviyyəsindən 88.9 bənd səviyyəsinə qədər azalacaq.
Həmçinin ABŞ-da ÜDM və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri açıqlanacaq. Bakı vaxtı ilə saat 19:00-da isə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard çıxış edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)






.jpg)










.jpg)

