Süni intellekt IBM-in gəlirini artırıb
Amerikanın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 2 faiz artaraq 15,8 milyard dollara çatıb.
ABŞ-nin texnologiya şirkəti IBM-in bu ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 15,8 milyard dollara çatıb. IBM ötən ilin eyni dövründə 15,5 milyard dollar gəlir əldə etmişdi.
Bu barədə Marja IBM-in 2024-cü ilin ikinci rübü üzrə balans hesabatına istinadən xəbər verir.
Şirkətin xalis mənfəəti ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1,8 milyard dollar təşkil edib. IBM-in xalis mənfəəti ötən ilin ikinci rübündə 1,6 milyard dollar hesablanmışdı.
Şirkətin ötən ilin ikinci rübündə 1,72 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,96 dollara yüksəlib.
IBM-in maliyyə nəticələri bazar gözləntilərini üstələyib.
IBM-in Baş İcraçı Direktoru (CEO) Arvind Krişna şirkətin balans hesabatını qiymətləndirərkən, həm gəlirlərin, həm də sərbəst pul axınının artması səbəbindən gözləntiləri aşaraq güclü ikinci rüb yaşadıqlarını bildirib.
“Müştərilərin texnologiyamız və korporativ süni intellekt sahəsində təcrübəmiz üçün IBM-ə müraciət etdiyini görməkdə davam edirik və süni intellekt portfelimiz bir il əvvəl Watsonx-un işə salınmasından bəri 2 milyard dollardan çox artıb”, - Krişna bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
22 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
-
- 42 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
