Azərbaycanın Neft Fondunda neçə milyard pul yığıldığı açıqlandı
ARDNF-nin 2024-cü ilin yanvar - iyun ayları üzrə gəlir və xərclərinə dair məlumatAzərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 milyard 69,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 milyard 600 min ABŞ dolları təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 254,9 milyon manat, büdcə xərcləri isə 6 milyard 414,4 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 436,5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 milyard 657,0 milyon manat, bonus ödənişləri 775,9 milyon manat, tranzit gəlirləri 0,3 min manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.
Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 milyard 818,4 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 6 milyard 390,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2024-cü ilin yanvar-iyun aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 7,1 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,6 milyon manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 441,5 milyon manat təşkil etmişdir.
"Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərə gəldikdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarında yuxarı faiz dərəcələrinə baxmayaraq aşağı işsizlik dərəcələrinin qalması istehlak göstəricilərinə, o cümlədən ÜDM – nin artım tempinə müsbət təsir etmişdir. Həmçinin, süni intellekt texnologiyasındakı irəliləmələr və bu istiqamətdə optimist gözləntilər informasiya texnologiyaları səhmlərinə əhəmiyyətli dəstək vermişdir. Sadalananlar əsasında cari ilin ilk yarımilində səhm bazarlarında yüksək gəlirlilik müşahidə olunmuşdur.
Bazar iştirakçıları və Mərkəzi bankların uçot dərəcələri ilə bağlı gözləntilərinin tədricən uzlaşması fonunda ötən rüblərə nəzərən maliyyə bazarlarında faiz dərəcələri ilə qeyri-müəyyənlik səngiməkdədir. Nəticədə, həm dərc olunan göstəricilər, həm də proqnozlar əsasında növbəti rüblərdə uçot dərəcələrinin aşağı düşməsi gözləntiləri kapital bazarlarında nikbin mühit formalaşdırır", - məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq















