Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqladı
Xalq Bank 2024-cü ilin II rübünün yekunlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 2024-cü ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 7.8 % artaraq 3.095 mlrd manat, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 7.4 % artaraq 1.945 mlrd manat təşkil etmişdir.
Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2.164 mlrd manat təşkil etmişdir ki, bu da 2023-cü ilin II rüb göstəriciləri ilə müqayisədə 5.4 % çoxdur.
2024-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 34.0 mln manat təşkil etmişdir. Hesabat dövrünə Bankın cəmi kapitalı 479.1 mln manat təşkil etmişdir.
2024-cü ilin II rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi, daxili nəzarət mühitinin inkişafı, data idarə edilməsinin effektiv infrastrukturu prioritet istiqamət kimi müəyyən edilib.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















