"PAŞA Kapital" 2-ci rübdə də lider mövqeyini qoruyur - 14 MİLYARDDAN ARTIQ DÖVRİYYƏ
10 ildən artıq fəaliyyət dövrü ərzində ölkənin kapital bazarlarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” bu ilin II rübünün nəticələrinə əsasən yenə də bazarın lideri olaraq mövqeyini qorumaqdadır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin iyun ayı üzrə açıqlanan hesabata əsasən "PAŞA Kapital" 14 milyard 87 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 196%, Mərkəzi Bankın notları üzrə 6.5% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 47% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların dövriyyəsi sözügedən dövrü üzrə 721 milyon manat təşkil etmişdir, bu da öz növbəsində 175% artım deməkdir. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin iyun ayı ilə müqayisədə 126% çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçinin xidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
-
- 3 d. əvvəl
-
21 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
23 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
56 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal























