Azərbaycan şirkətinin zeytun yağı Kanadada nüfuzlu müsabiqədə medala layiq görüldü
Azərbaycan qlobal zeytunçuluq sahəsində fəal şəkildə iqtisadi uğurlar əldə etməkdə davam edir.
“Grand Agro” şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi “Olivea Extra Virgin Olive oil” məhsulu Kanadada keçirilən nüfuzlu Beynəlxalq Keyfiyyətli Zeytun Yağı (CIOOC) müsabiqəsində gümüş medala layiq görülüb.
CIOOC müsabiqəsi məhsulun keyfiyyətini, onun bazardakı mövqeyini, eləcə də brendin ümumi məhsuldarlığını qiymətləndirir. Qeyd edək ki, bu il 20 ölkənin iştirak etdiyi bu beynəlxalq müsabiqənin nüfuzlu mükafat sistemi var, bu da sözügedən sahədə onun çəkisini daha da artırır. “Olivea Extra Virgin Olive oil” məhsulunun növbəti böyük uğuru ümumilikdə Azərbaycanın dünyada müsbət imicinin möhkəmlənməsinə mühüm töhfə verir.
“Grand Agro” şirkəti kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi sahəsində yüksək nailiyyətlər əldə edib və Azərbaycanda zeytunçuluğun inkişafı üçün müxtəlif innovativ üsulları fəal şəkildə tətbiq edir. Bu tərəqqi zeytunçuluq sahəsində idxaldan asılılığı aradan qaldıraraq ölkənin iqtisadiyyatını yüksəltməklə yanaşı, həm də əhalinin ən yüksək keyfiyyətli nəfis zeytun yağlarına sərbəst çıxışını təmin edir.
Qida maddələri və müalicəvi xüsusiyyətləri ilə zəngin olan yüksək keyfiyyətli zeytundan və zeytun yağından istifadə vətəndaşlarımızın sağlamlığının yaxşılaşmasına, onların ümumi rifahına və həyat fəaliyyətinə müsbət təsir göstərir. Bu, son nəticədə qeyri-neft sektorunun bu mühüm və perspektivli sahəsinin inkişafına kömək edir və layiqli töhfə verir, onun əhəmiyyətini və potensialını aydın şəkildə nümayiş etdirir.
Qeyd edək ki, “Grand Agro” şirkəti 3000 hektardan artıq bağ sahəsində zeytun yetişdirir. Şirkət Azərbaycanda uzun müddətdə baxımsız vəziyyətdə qalmış və lazımi qayğı göstərilməyən zeytun bağlarını bərpa etməyə nail olub. Belə böyük sahədə zeytun bağlarının salınması ekoloji mühitə də faydalı təsir göstərir, biomüxtəlifliyin qorunmasına və ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir.
Azərbaycanda istehsal olunan “Olivea Extra Virgin Olive oil” məhsulu Rusiya, İspaniya, Türkiyə, İsrail, BƏƏ və Gürcüstan kimi ölkələrə uğurla ixrac olunur ki, bu da beynəlxalq arenada Azərbaycan məhsullarına yüksək etimaddan xəbər verir.
Xatırladaq ki, daha əvvəl “Olivea Extra Virgin Olive oil” məhsulu nüfuzlu London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində gümüş medal qazanıb.
“Grand Agro” şirkəti və onun məhsulları haqqında sizi maraqlandıran bütün məlumatları şirkətin Instagram səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 3 saat əvvəl
-
6 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
6 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
6 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
6 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
6 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
6 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"




























