“Tovuz Aqro”da ilk dəfə olaraq şəkər çuğundurunun yetişdirilməsinə başlanılıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Tovuz Aqro” MMC-nin Tovuz rayonun Çeyrançöl ərazisində yerləşən aqroparkına mediatur təşkil edilib.
“Tovuz Aqro” MMC-nin direktoru Şahmar Əzimli media nümayəndələrinə aqroparkın fəaliyyəti, görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, aqropark 3 fəaliyyət istiqaməti - ətlik heyvandarlıq, əkinçilik və ət emalı sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparka 22,7 milyon manat investisiya yatırılıb. Ümumi ərazisi 550 hektar olan aqroparkda 75 nəfər daimi, 20 nəfər isə mövsümi işlə təmin edilib.
2023-cü ildə aqroparkın 368 hektarından 1617 ton buğda, 62 hektarından 480 ton dən qarğıdalı yığılıb. Bundan başqa 2023-cü ildə aqroparkda 950 ton ət, cari ilin 6 ayı ərzində isə 520 ton ət istehsal edilib. Hazırda Aqroparkın əkin sahələrində buğda və yonca biçini aparılır.
Bu il ilk dəfə olaraq aqroparkın 60 hektar ərazisində şəkər çuğundurunun əkini həyata keçirilib.
“Tovuz Aqro”da ümumi tutumu 3000 kub m.həcmində müasir taxıl anbarı, istehsal gücü saatda 10 ton olan yem zavodu və ümumi tutumu 40 ton olan soyducu kameralar fəaliyyət göstərir. Aqroparkın 1500 başlıq heyvandarlıq kompleksində 1200 baş cins iribuynuzlu heyvan saxlanılır.
Aqroparka İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib. Bundan başqa, Nazirlik tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 0,29 mln. manata qənaət edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)









.jpg)

