Azərbaycanın tanınmış iş adamı Fəxri professor adına layiq görüldü
“Matanat A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) sədri, Texnika elmləri üzrə fəlsəfə doktoru Elxan Bəşirov Böyük Britaniyanın Oksford Akademik Birliyinin (Honorary Professor of the Academic Union, Oxford, UK) Fəxri professoru adına layiq görülüb.
Oksford Akademik Birliyinin bu titulu cəmiyyətin sosial tərəqqisinə, iqtisadiyyatın inkişafına töhfə verən şəxslərə hörmət və minnətdarlıq əlaməti olaraq verilir.
Dünya miqyasında bu fəxri ada müxtəlif illərdə tanınmış şəxsiyyətlər layiq görülmüşdür.
Oksford Akademik Birliyi müxtəlif ölkələr üzrə 350-dən çox universitet rektoru, alim və tədqiqatçıdan ibarət beynəlxalq qurumdur. Birliyin əsas məqsədi innovasiyaları həyata keçirən ictimai liderləri müəyyən edərək, elm, təhsil və biznesin inteqrasiyası və inkişafı üzrə səylərin birləşdirilməsindən ibarətdir.
Xatırladaq ki, Elxan Bəşirov bundan əvvəl Böyük Britaniyada fəaliyyət göstərən Beynəlxalq Sokrat Komitəsi tərəfindən İqtisadiyyat və Biznes kateqoriyasında İnnovasiyaların yaradılması və tətbiqi üzrə Beynəlxalq Sokrat Mükafatına (Socrates İnternational Award) da layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
6 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 saat sonra
-
-
10 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
10 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
11 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
11 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
12 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















