Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu artırıb
Dünya Bankı (DB) 2024-cü il üzrə neftin qiyməti ilə bağlı proqnozunu 84 dollar/barelədək, 2025-ci üzrə isə 79 dollar/barelədək artırıb. 2026-cı il üzrə proqnoz 78,1 dollar/barel müəyyən edilib.
Bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" hesabatının iyun sayında bildirilib. Bu, DB-nin yanvar proqnozunu ilə müqayisədə müvafiq olaraq 3% və 1% bəndi çoxdur.
Dünya Bankı qeyd edib ki, neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda aprel ayında əhəmiyyətli dərəcədə yüksəlib, lakin sonra bir qədər enmə müşahidə edilib.
"Davam edən geosiyasi risklər fonunda Brent markalı neftin orta qiymətinin bu il əvvəlkindən bir qədər yüksək, 84 dollar/barel olacağı, 2025-ci ildə OPEC+ tədarükünün azaldılması və qeyri-OPEC+ istehsalının genişlənməsi fonunda 79 dollar/barelə qədər azalması proqnozlaşdırılır. Münaqişə ilə bağlı tədarükün pozulması nəticəsində yaranan qiymət artımı potensialını nəzərə alaraq, neftin yaxın müddətli qiymət proqnozu xüsusilə qeyri-müəyyəndir"- Dünya Bankının hesabatında əlavə edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























