Bank BTB əmanət şərtlərini yenilədi
(®) Bank BTB fiziki şəxslərə vəsaitlərinin uzunmüddətli saxlanılması, qorunması və artırılması məqsədi ilə “Müddətli əmanət” məhsulunu təqdim edir.
Belə ki, 24 aylıq yerləşdirilmiş manat əmanəti müştərilərə faizləri müddətin sonu götürdükdə illik 11.25%, aylıq götürdükdə isə illik 10.75% gəlir gətirəcək. Bu halda faiz gəlirlərindən vergi tutulmur.
100.000 AZN-dək əmanətlər ADİF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən sığortalanır.
Bununla yanaşı dollar valyutasında 24 aylıq əmanət yerləşdirmək istəyən müştərilər faizləri aylıq və ya müddətin sonu götürməklə illik 2.50% gəlir qazanacaqlar.
Əmanətin açılması üçün minimal məbləğ 100 AZN/USD təşkil edir. “Müddətli əmanət” məhsulundan yararlanmaq istəyən hər bir müştəri Bank BTB-nin filial şəbəkəsinəmüraciət edə bilər.
Həmçinin, bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
*Əmanət məbləğindən asılı olaraq müraciətlərə fərdi qaydada baxıla bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
11 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
12 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 13 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)




.jpg)







