Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimi tətbiq edilə bilər
Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi üzərində çalışılır.
Bunu müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.
O qeyd edib ki, Azərbaycana daxil olan malayziyalılar üçün də qarşılıqlı vizasız rejimin tənzimlənməsinə yönələn ikitərəfli sazişi yekunlaşdırmağa çalışırlar:
“Anlaşma Memorandumu imzalandıqdan sonra bu, iki ölkə arasında birbaşa uçuşların yolunu açacaq və turistlərin gəlişini artıracaq”, - diplomat qeyd edib.
Səfir Malayziyadan Azərbaycana səfər edən turistlərlə bağlı statistik məlumatları da bölüşüb:
“2021-ci ildə (yanvar-dekabr) Malayziyadan Azərbaycana gələn turistlərin sayı 522 nəfər təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 1060-a qədər yüksəlib və bu, 50 faizlik artım deməkdir. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycana 1054 nəfər malayziyalı turist gəlib”.
Qeyd edək ki, hazırda Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim mövcuddur.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























