“Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
Azərbaycanın lider telekommunikasiya şirkəti “Azercell” 2023-cü il üzrə ESG (ekologiya, sosial və idarəetmə) hesabatını təqdim edir
(®) “Azercell” media nümayəndələri və aidiyyəti tərəfdaşlar üçün təşkil etdiyi “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercell”in illik ESG hesabatının təqdimatı” adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqlayıb.
Hesabat Qlobal Hesabat Təşəbbüsü (GRİ) standartlarına uyğun olaraq hazırlanıb və “Azercell”in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir.
Şirkətin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva bildirib ki, hesabat “Azercell”in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat “Azercell”in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş.Əliyeva qeyd edib ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.
Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji istehlakı vasitəsilə “karbon ayaq izi”ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzun hər birində isə bir ədəd olmaqla günəş enerjisi ilə işləyən stansiya qurub.
Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün “Azercell”in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.
Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaqların hüquqlarının qorunması, eləcə də ümumiyyətlə rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin “Azercell”in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib.
Hesabatda lider mobil operatorun əməkdaşlarının bilik, bacarıq və rifahının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər də əksini tapıb. Onu da qeyd edək ki, bu tədbirlər sayəsində “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors in People” - İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir.
Hesabatda da qeyd olunduğu kimi, “Azercell”in korporativ idarəetməsi qarşılıqlı etimadın artırılması prinsipinə əsaslanır. Belə ki, lider mobil operator təşkilat daxilində şəffaf qərarvermə və effektiv hesabatlılığı təşviq edən idarəetmə modelini tətbiq edir.
“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova hesabatı şərh edərkən bunları vurğulayıb: “Davamlı olaraq inkişaf edən dünyada dayanıqlılıq artıq seçim deyil, bir zərurətdir. Dayanıqlı biznes ilk növbədə abunəçilərimiz üçün fasiləsiz və rahat bağlantı, eləcə də ölkədəki bir sıra strateji proses və funksiyaların davamlı işləməsi deməkdir. Buna görə də dayanıqlılıq sadəcə dəbli anlayış yox, əsl strateji seçimdir”.
Hesabat haqqında ətraflı məlumat əldə etmək üçün:
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
-
53 d. əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
3 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
19 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
19 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
19 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
