Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır.
Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir.
Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir.
Dövlətin sığorta haqqına göstərdiyi 50%-lik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər.
Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün vacib və sərfəli yenilik edilib. Belə ki, pambıq sahələrinin yağışdan sığortalanması da baza zərfinə aid edilib.
Xatırladaq ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub.
Bu il fermerlər üçün mühüm yenilik baza sığorta zərfinə yağış riskinin də əlavə edilməsidir. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər.
Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər.
Bununla yanaşı, ötən il güclü yağışlar pambıq sahələrinə və fermerlərə böyük zərər vurub. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə edilib.
Nəticədə pambıqçı fermerlər baza zərfi ilə sığortalandıqda yağış riskindən də qorunmuş olacaqlar.
Məsələn, pambığın ən çox yetişdirildiyi Mil-Muğan, Mərkəzi Aran və Salyan-Şirvan iqtisadi rayonlarında 1000 manatlıq pambığın sığortalanması üçün hesablanmış sığorta haqqı 14,2 manatdır, fermer bu məbləğin yarısını - 7,1 manatını ödəməklə öz məhsulunu sığortalayır. Məbləğin qalan yarısını fermerə dəstək üçün dövlət özü ödəyir.
Pambığın sığorta qiymətini fermerlər “Sığorta kalkulyatorları” bölməsindən bölgəni, məhsuldarlığı, ərazini qeyd edərək hesablaya bilərlər.
Qeyd edək ki, pambıq sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinin yaxın günlərdə başlanacağı gözlənilir. Bu addımlar çərçivəsində yüzlərlə fermerə aqrar sığorta ödənişi veriləcək.
Aqrar Sığorta Fondunun fəaliyyəti, sığorta şərtləri və sığorta tarifləri barədə məlumatı Fondun 1651 Çağrı Mərkəzinə, bölgələrdə Aqrar Sığorta Fondu filiallarına müraciət etməklə, eləcə də asf.gov.az rəsmi internet səhifəsinə müraciət etməklə almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























