Avtomobillərin satışı müqavilələrinə məhdudlaşdırıcı şərtlər əlavə edilib - DÖVLƏT XİDMƏTİ İŞ QALDIRIB
Minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub. 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Xİdmətin yaydığı məlumatda bildirilir ki, 2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb.
Araşdırmalar nəticəsində əsas bazar subyektləri tərəfindən müştərilərlə bağlanan müqavilələlərə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlərin əlavə edildiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib.
Aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bazar subyektləri tərəfindən bağlanan müqavilə və zəmanət şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu məsələsi müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib. Nəticədə, bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub.
Bildiririlib ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 saat sonra
-
55 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
-
1 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
2 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
