Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşmüşdür.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artaraq 2024-cü il fevral ayının 1-i vəziyyətinə 10 milyon 183 min 661 nəfər təşkil etmişdir.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,9 faiz olmuşdur. Körpələrdən 278-i əkiz, 12-si üçəm doğulmuşdur.
Cari ilin yanvar ayı ərzində ölkədə 5518 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,4-ə düşmüşdür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşmüş, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 16 d. əvvəl
-
- 24 d. əvvəl
-
30 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar
