“Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib
4-8 mart 2024-cü il tarixlərində “Bakı Fond Birjası”nın Müşahidə Şurasının sədri, İdarə Heyətinin sədri və nümayəndə heyəti İstanbul şəhərinə işgüzar səfər ediblər.
Birjanın yaydığı məlumatda bildirilir ki, 7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin fond birjası olan “Borsa İstanbul”-un nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanın kapital bazarının inkişafı istiqamətində təcrübələrin öyrənilməsi və tətbiqi müzakirə olunub, “Borsa İstanbul”-un beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif işçi qrupları ilə təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində “Bakı Fond Birjası”nın nümayəndə heyəti Türkiyənin kapital bazarının digər aparıcı şirkət və qurumları ilə də görüşərək əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















