Kartlar ilə aparılmış 88.1 milyard manatlıq əməliyyatın 49 milyard manatı nağdsız ödənişlər olub
Ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4 faiz bəndi artaraq tarixi maksimuma çatmış və 55.6% olmuşdur.2023-cü ildə Ödəniş kartlarından istifadə göstəriciləri açıqlanıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən xəbər verir ki, 2023- cü ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənmişdir.
Belə ki, 01.01.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 mln. ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləmişdir. 2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artmışdır. Emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 mln. ədəd) debet kartlar, 13%-ni (2.2 mln. ədəd) isə kredit kartları təşkil etmişdir.
2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 mlrd. manat olmuşdur. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olmuşdur.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2023-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2022-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 563.4 mln. ədəd, həcmi isə 2.1 dəfə artaraq 39.2 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2022- ci il ilə müqayisədə 2.1 dəfə artaraq 416.6 mln. ədəd, həcmi isə 68.5% artaraq 9.8 mlrd. manat olmuşdur. O cümlədən, 2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2022-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 401.1 mln. ədəd, həcmi isə 82.5% artaraq 8.9 mlrd. manat olmuşdur.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























