Avropa bankı Azərbaycanın dövlət şirkətinə 30 milyon dollar kredit ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Azərenerji"yə 30 milyon ABŞ dolları həcmində kredit ayıracaq.
Bu barədə AYİB-dən bildirilib.
Məlumata görə, sözügedən kredit Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınmasının maliyyələşdirilməsinə yönəlib.
Bildirilib ki, layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Burada borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.
Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,624 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,6 %-i (3,024 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
“Trendyol”da Novruz endirimləri başlayır
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri




















