"İpək Yolu Sığorta"nın xalis mənfəəti azalıb
"İpək Yolu Sığorta" ASC 2023-cü ili 667 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 913 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "İpək Yolu Sığorta"nın xalis mənfəəti 246 min manat və ya 26,9% azalıb. Xalis mənfəətin azalması ehtiyatlara ayırma, yığımların azalması və ödəniş xərclərinin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "İpək Yolu Sığorta"nın 2022-ci ildə cəmi əməliyyat gəlirləri 20 milyon 651 min manat ikən, 2023-cü ildə 19 milyon 845 min manata düşüb. Şirkətin cəmi məliyyat xərcləri isə 19 milyon 509 min manatdan 19 milyon 11 min manata geriləyib.
2023-cü ildə "İpək Yolu Sığorta"nın hesabladığı sığorta haqları 4 milyon 9 min manat və ya 19,5% azalaraq 16 milyon 512 min manata düşüb, sığorta ödənişləri isə 436 min manat artaraq 620 min manata yüksəlib.
"İpək Yolu Sığorta"nın səhmdarları “ASG Business Aviation” MMC və "Azərbaycan Hava Yolları" QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























