“Food City Aqrokompleks” ilə “SGS Azerbaijan” arasında memorandum imzalandı
İdxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, broker, tranzit, saxlanc və s. çoxsaylı xidmətlər üzrə ixtisaslaşmış “Food City Aqrokompleks” ilə beynəlxalq sertifikatlaşdırma və inspeksiya şirkəti “SGS Azerbaijan” arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
Tədbirdə “Food City Aqrokompleks”-in baş icraçı direktoru Anar Ağayev, “SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev və hər iki şirkətin nümayəndələri iştirak ediblər.
Baş icraçı direktor Anar Ağayev tədbir iştirakçılarına “Food City Aqrokompleks”-in fəaliyyəti, strateji əhəmiyyəti, göstərilən xidmətlər və gələcək planlar barədə ətraflı məlumat verib. Aqrokompleksin fəaliyyətində daima ən yaxşı nəticənin hədəfləndiyini və bu istiqamətdə innovativ yeniliklərə və səmərəli əməkdaşlıqlara xüsusi əhəmiyyət verildiyini qeyd edib.
“SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev isə çıxışında memorandum əsasında iki şirkət arasında başlanılan əməkdaşlığın yeni imkanlar vəd etdiyini, bu imkanların hər iki şirkət üçün səmərəli olacağına əminliyini vurğulayıb.
Çıxışlardan sonra “Food City Aqrokompleks”-in baş icraçı direktoru Anar Ağayev və “SGS Azerbaijan” şirkətinin direktoru Seymur Ağayev memorandum sənədini imzalayıblar.
Sənədə əsasən, nəqliyyat vasitəsilə daşınan məhsulların yoxlanışına xüsusi diqqət yetirməklə inspeksiya xidmətlərinin həyata keçirilməsi, keyfiyyət və kəmiyyət yoxlamalarının aparılması, anbar təftişi, fumiqasiya üzrə müşahidənin təşkili, analitik xidmətlərin göstərilməsi və digər sahələr üzrə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Memorandum imzalayan şirkətlərin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə etmək üçün rəsmi veb-saytlara keçid edə bilərsiniz:
Food City Aqrokompleks - https://foodcity.az
SGS Azerbaijan - https://www.sgs.com/en-az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























