Ərdoğan 2024-cü ilin yanvarında Türkiyənin ən yüksək ixrac göstəricisinə nail olduğunu bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yanvar ayında ölkə tarixində ən yüksək ixrac göstəricisi qeydə alınıb.
Marja.az xəbər verir ki, o, bunu Nazirlər Kabinetinin Ankarada keçirilən iclasından sonra deyib.
"Türkiyə iqtisadiyyatına inamın artması bizi sevindirir. Yanvar ayı ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 3,6% artaraq 20 milyard dollara çatıb. Beləliklə, tariximizin ən yüksək ixrac həcminə nail olduq. Məşğulluq artmaqda davam edir, işsizliyin azaldılması bizim əsas prioritetimizdir”, - deyə Ərdoğan bildirib.
O xatırladıb ki, hakimiyyət bundan əvvəl inflyasiya və böhran prosesləri ilə mübarizə üçün kompleks iqtisadi proqram hazırlayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkədə bu proqramın icrası kontekstində, xüsusən də inflyasiya məsələsində müsbət dəyişikliklər müşahidə olunacaq.
Turizm sektorunda perspektivlərdən danışan Ərdoğan deyib ki, hakimiyyət 2024-cü ildə turizmdən 60 milyard dollar gəlir əldə ediləcəyini gözləyir: "2023-cü il tariximizin turizm sahəsində ən yaxşı ili oldu. Turizm gəlirlərimiz əvvəlki ilə nisbətən 17% artaraq 2023-cü ilin sonunda 54,3 milyard dollara çatıb. 2024-cü il üçün hədəfimiz 60 milyon qonaq və turizmdən 60 milyard dollar gəlirdir".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)






