Gəncədə investisiyalar artıb
2023-cü ilin yanvar-dekabr ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja.az-a verilən məlumata görə,Gəncə şəhərində 2023-cü ilin yanvar-dekabr aylarında əsas kapitala 172,9 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 58,1 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 83,7 faizi dövlət, 16,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 153,3 milyon manatı və ya 88,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 60,2 faiz artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti
Gəncə şəhərində 2023-cü ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 53,2 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 37,1 milyon manatını, yaxud 69,6 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 16,1 milyon manatını və ya 30,4 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 23 saat sonra
- 25 d. əvvəl
-
36 d. əvvəl
SOCAR-ın reytinqi "şəffaflıq və maliyyə siyasətindəki irəliləyişlərə görə" qaldırıldı
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ildə mənzil bazarında alıcıların üstünlük verdiyi yeni trendlər
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
Sənaye şirkəti ləğv edilir
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)











