Kakaonun qiyməti 1977-ci ildən bəri ən yüksək səviyyəyə çatdı
Mart ayı üzrə kakao fyuçersləri cümə günü ICE Futures ABŞ birjasında 53 dollar və ya 1,1% də bahalaşaraq tonu 5 009 dollar səviyyəsində qərarlaşıb. Dow Jones Market Data-ya görə, bu, 20 iyul 1977-ci ildən bəri ən yüksək səviyyədir.Kakao fyuçerslərinin qiymətləri son 46 ildə rekord həddə çatıb.
Marja.az xəbər verir ki, bu barədə cümə günü MarketWatch portalı məlumat yayıb.
Məlumata görə, Londonun ICE birjasında bir ton kakaonun qiyməti 5009 dollara qalxıb ki, bu da Dow Jones-un məlumatına görə, 1977-ci il iyulun 20-dən bəri ən yüksək səviyyədir.
Portal "The Price Futures Group" maliyyə firmasının vitse-prezidenti Jack Scoville-dən sitat gətirir: "Qərbi Afrikadan kakao paxlasının istehsalı düşüb. Gələn il tələbata nisbətən istehsalın daha az olacağına dair proqnozlar artır".
O qeyd edib ki, belə gözləntilərin səbəblərindən biri Qərbi Afrikada bitkilərə mənfi təsir edən isti və quru havadır.
Kommerzbank-ın analitikləri bildirib: “Qərbi Saharada şimal-şərqdən və ya şərqdən əsən quru küləyin Qərbi Afrikada aprel ayında başlayan məhsul yığımına mənfi təsir edə biləcəyi ilə bağlı narahatlıqlar var. Kakao məhsulu artıq əvvəlki ilin səviyyəsindən xeyli azolacaq".
İxracatçıların hesablamaları göstərir ki, ən böyük kakao istehsal edən ölkə olan Fil Dişi Sahili limanlarına oktyabr ayında yanvarın sonuna qədər gətirilən məhsulun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 35% azdır.
"Bu o deməkdir ki, kakao bazarı 2023-24 məhsul ilində də tədarük kəsiri ilə üzləşəcək", - analitiklər deyirlər.
Kakaonun bahalaşması pərakəndə bazarda şokoladın qiymətlərində də əks olunmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























