Apple-ın gəliri cüzi artıb, Çində satışları 13% azalıb
Apple, 2024-cü maliyyə ilinin birinci rübü hesab etdiyi 30 dekabr 2023-cü ildə bitən üç aylıq dövr (oktyabr-dekabr 2023) üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 119,6 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 117,1 milyard dollar gəlir əldə etmişdi.
Apple-ın gəliri 118 milyard dollarlıq bazar proqnozunu üstələyib.
Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışları 13% azalıb.
Apple-ın xidmət gəlirləri 23,1 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Apple-ın xalis mənfəəti ötən ilin son üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 33,9 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə təxminən 30 milyard dollar olaraq qeydə alınmışdı.
Şirkətin səhm üzrə mənfəəti də sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib.
iPhone və Mac satışları artıb, iPad satışları azalıb
Bu dövrdə Apple-ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb.
2023-cü ilin oktyabr-dekabr dövründə iPhone satışlarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artaraq 69,7 milyard dollara çatıb.
Eyni dövrdə Mac satışları 0,6 faiz artaraq 7,8 milyard dollara, iPad satışları isə 11 faiz azalaraq 7 milyard dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















