"Pul siyasətinin ilin qalan dövründə də mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.
Mərkəzi bank yaydığı press-relizdə qeyd edib ki. bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilmişdir.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalmışdır. 2023-cü ildə 12 aylıq inflyasiya 2.1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşmışdır. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilmişdir. İllik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%, xidmətlər inflyasiyası isə 3.7% təşkil etmişdir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir etmişdir.
Aparılan son sorğulara görə inflyasiyanın artacağını gözləyən ev təsərrüfatlarının payı 2023-cü ilin III rübündəki 81%-dən IV rübdə 69%-ə enmişdir.
Həmçinin Mərkəzi bank qeyd edib ki, müsbət meyillərlə yanaşı inflyasiyaya təsir edə biləcək risklər də mövcuddur. Geosiyasi gərginliklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yenidən artmasına səbəb ola bilər. Belə ki, son vaxtlar Qırmızı dəniz ətrafında yaranmış vəziyyət qlobal təchizat zəncirinə ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayırlar. İqlim dəyişiklikləri də ərzaq qiymətlərinə təsir göstərməkdə davam edir. Lakin qlobal iqtisadi aktivliyin zəifliyi və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər.
İnflyasiyanı artıra biləcək başlıca daxili risklər məcmu tələbin izafi artımı və daxili xərc amillərinin aktivləşməsi ola bilər. Mövcud meyillərin davam etməsi halında son 2 ildə olduğu kimi 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər. Mərkəzi Bank büdcə xərclərinin dinamikasını və kredit aktivliyini daxili tələb faktorları kimi daim diqqətlə izləyir
Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılmışdır. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcəkdir. Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaqdır. Qeyd olunan risklərin reallaşmaması halında pul siyasətinin ilin qalan dövründə də mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır.
Bu qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il mart ayının 28-də açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















